İstehlaka yararsız qida məhsulları məhv edilib
Bakı, 21 noyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu sahədə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Sun Food” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı müraciəti əsasında ümumi çəkisi 66,64 ton müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Qanunsuz heyvan kəsimi məntəqələri ilə əlaqədar tədbirlər görülüb
AAYDA-nın “Çağrı Mərkəzi”nə 234 zəng daxil olub
Yeni qanunla minimum aylıq pensiya 280 manata çatdırılıb
BMT-nin Sosial İnkişaf üzrə Komissiyasının sessiyası çərçivəsində ikitərəfli görüşlər keçirilib