Sosial Xidmətlər Agentliyinin sədri Şabranda vətəndaşların müraciətini dinləyib
Bakı, 21 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Şabranda həmin rayonun və Siyəzəndən olan vətəndaşların müraciətini dinləyib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ümumilikdə 20-yə yaxın vətəndaş müraciət edib və onların bir qismi şəhid ailəsi üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər olub.
Müraciətlər sırasında fərdi ev, avtomobil təminatı, sanatoriya-kurort yollayışları ilə təminat və sosial reabilitasiya xidmətləri üstünlük təşkil edib.
İmtiyazlı şəxslər agentliyin fəaliyyət istiqamətlərinə aid müraciətlərini bildiriblər. Agentlik sədri müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verib.
Bu il Azərbaycan və Rusiya birgə feromon tələlər istehsal edəcəklər
Regional Əlaqələndirmə Mərkəzi qəhvəyi mərmər bağacığı ilə bağlı tədbirləri davam etdirir
Dərzi və xalçaçılıq üzrə yeni peşə kurslarına başlanılıb
Pestisid və aqrokimyəvi maddələrin düzgün tətbiqi qaydaları sahibkarlara izah olunub
Gəncədə ət satışı mağazasında qanunsuzluq halları aşkarlanıb