Misir Prezidentin ofisi Türkiyə ilə münasibətlərə dair bəyanat yayıb
Qahirə, 21 noyabr, AZƏRTAC
Misir Prezidentinin rəsmi saytında bu ölkənin Türkiyə ilə münasibətlərinə dair bəyanat yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, bəyanatda Misir Prezidenti Əbdülfəttah əs-Sisinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Qətərdə keçirilən futbol üzrə dünya çempionatının açılış mərasimində görüşünə qiymət verilib. Dövlət başçısının ofisi bununla bağlı vurğulayıb: “Görüş zamanı tərəflər iki ölkə və onların xalqlarının dərin tarixi bağları olduğunu qeyd ediblər. Razılaşdırıldığı kimi, bu görüş ikitərəfli münasibətlərin inkişafında başlanğıc olacaq”.
Pakistanda avtobus qəzası nəticəsində azı 41 nəfər ölüb VİDEO
Çin Yaponiya vətəndaşlarına viza verilməsini bərpa edib
İsrail terror hücumlarından sonra vətəndaşların silah almasını asanlaşdırır
Kolumbiya polisi rekord miqdarda kokain müsadirə edib
ABŞ Prezidenti Co Bayden sosial mediada ən çox izlənilən dünya lideridir