×
A
A
A
Sazlamalar

MDU-da seminar: “Təcrübə danışır”

Bakı, 21 noyabr, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və İdarəetmə fakültəsinin İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə “Təcrübə danışır” devizi ilə seminar keçirilib. “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan tələbələr üçün təşkil edilən seminara kafedranın müəllimi Səadət Yusibova moderatorluq edib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, seminarda çıxış edən “Finn Church Aid” beynəlxalq yardım təşkilatının təmsilçisi Nuranə Əliyeva fəaliyyəti ilə bağlı dünyanın bir çox ölkələrində səfərdə olduğunu deyib. O, müasir dövrdə turizm destinasiyalarının cəlbediciliyini müəyyən edən amillərdən, səyahətlərin effektiv təşkilindən danışıb və bu sahədə şəxsi təcrübələrini bölüşüb. Bununla yanaşı, xaricdə təhsil və iş imkanları barədə məlumat verən N.Əliyeva tələbələrin suallarını cavablandırıb.
Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Regionlar 2022-11-21 17:37:00