“Tusi (2C)” inkubasiya proqramının iştirakçıları Dünya Robot Olimpiadasında üçüncü yeri tutublar
Bakı, 21 noyabr, AZƏRTAC
Almaniyanın Dortmund şəhərində keçirilən Dünya Robot Olimpiadasında 56 ölkədən 78 komanda arasında ölkəmizi təmsil edən Azərbaycan Texniki Universitetinin SABAH qruplarının “Platon Tech” komandası üçüncü yeri tutub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Future innovators senior” nominasiyası üzrə qalib olan “Platon Tech” komandasının üzvləri Rüfət Şixiyev, Qabil Hüseynli və Fərid Şixiyev “Tusi (2C)” inkubasiya proqramının iştirakçılarıdırlar.
Komandanı təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!
Konstitusiya Məhkəməsinin Plenumu Şəki Apellyasiya Məhkəməsinin müraciətinə baxaraq qərar qəbul edib
Qida sahəsində fəaliyyət göstərən 20 müəssisədə nöqsanlar aşkar olunub
Azərbaycan və Monteneqro arasında əməkdaşlıq əlaqələri genişlənir
Yoxlamalar zamanı qida sahəsində fəaliyyət göstərən 79 müəssisədə nöqsanlar aşkarlanıb