×
A
A
A
Sazlamalar

Noyabrın 21-də Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Bakı, 21 noyabr, AZƏRTAC

Noyabrın 21-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 918 min 769, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 391 min 868, ikinci mərhələ üzrə 4 milyon 873 min 216, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 390 min 55, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 263 min 630-dur.

 

Səhiyyə 2022-11-21 16:49:00