×
A
A
A
Sazlamalar

Avropa Film Festivalı çərçivəsində “Alisa və mer” filmi nümayiş olunacaq

Bakı, 21 noyabr, AZƏRTAC

Noyabrın 22-də “CinemaPlus Dəniz Mall”da XII Avropa Film Festivalı çərçivəsində “Alisa və mer” (Alice and the Mayor) filmi nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, tragikomediyanın rejissoru və ssenari müəllifi Nikolas Pariserdir.
Lion meri ekzistensial böhran içindədir. Siyasətdə 30 illik fəaliyyətindən sonra o, özünü tamamilə boş və ideyalardan məhrum olmuş kimi hiss edir. Bu problemi həll etmək üçün merin köməkçiləri parlaq zəkalı gənc bir filosofa müraciət edirlər.
Rollarda Fabris Lukini, Anais Demustye, Nora Hamzavi və başqaları çəkilib.
Film fransız dilində ingilis altyazıları ilə nümayiş olunacaq.

 

Teatr və kino 2022-11-21 16:47:00