×
A
A
A
Sazlamalar

Xaçmazda minik avtomobili “TIR”la toqquşub

Xaçmaz, 21 noyabr, Elxan Yusifli, AZƏRTAC

Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yük və minik avtomobilləri toqquşub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba rayon sakini Allahverdi Talıbverdiyevin idarə etdiyi “Opel” markalı minik avtomobili yanacaqdoldurma məntəqəsindən yola çıxan “TIR”a çırpılıb.
Hadisə zamanı minik avtomobilində olan sürücü və sərnişin yüngül xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.

 

Regionlar 2022-11-21 14:14:00