Serbiyada leysan yağışları fəsadlara səbəb olub VİDEO
Belqrad, 21 noyabr, AZƏRTAC
Serbiyada əlverişsiz hava şəraiti ciddi fəsadlar törədib.
AZƏRTAC xəbər verir ki, bosniyalı əhalinin sıx məskunlaşdığı Sancaq bölgəsində güclü leysan yağışları daşqınlara səbəb olub. Novi Pazar şəhəri ərazisindən keçən çay daşıb, iki yaşlı uşaq sel suları altında qalaraq həyatını itirib.
Serbiyanın müdafiə naziri Miloş Vuçeviç və daxili işlər naziri Bratislav Qasiç Sancaq bölgəsinin Novi Pazar və Tutin şəhərlərində leysan yağışlarından zərər çəkmiş yaşayış məntəqələrinə baş çəkib.
Daşqından zərər çəkənlərə lazımi yardımın ediləcəyi və Serbiya ordusunun bölgədə fəsadların aradan qaldırılmasına cəlb olunacağı bildirilib.
Həftəsonu Novi Pazar şəhərində hər kvadratmetrə 100 litr yağıntının düşüb və vətəndaşlara qum torbaları paylanıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
Pakistanda avtobus qəzası nəticəsində azı 41 nəfər ölüb VİDEO
Çin Yaponiya vətəndaşlarına viza verilməsini bərpa edib
İsrail terror hücumlarından sonra vətəndaşların silah almasını asanlaşdırır
Kolumbiya polisi rekord miqdarda kokain müsadirə edib
ABŞ Prezidenti Co Bayden sosial mediada ən çox izlənilən dünya lideridir