×
A
A
A
Sazlamalar

Qobustan rayonunda payızlıq taxıl səpini başa çatıb

Qobustan, 21 noyabr, AZƏRTAC

Qobustan taxılçıları payızlıq səpin kampaniyasını başa çatdırıblar, gələn ilin məhsulu üçün 30 min hektar sahədə əkin aparılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, taxılçılıq Qobustanda kənd təsərrüfatının aparıcı sahəsidir. Hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, fermerlər və fiziki şəxslər səpini mütəşəkkil qaydada yekunlaşdırıblar.
Cari mövsümdə 19 min hektar sahəyə buğda, 11 min hektara isə arpa səpilib.

Kənd təsərrüfatı 2022-11-21 16:29:00