Şəkər istehsalçıları üçün qida təhlükəsizliyi mövzusunda təlim təşkil edilib
Bakı, 21 noyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutu ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədilə keçirilən təlimləri davam etdirir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, "Azərbaycan Şəkər İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda təlim təşkil olunub.
Təlimdə HACCP sisteminin yaranması, inkişaf tarixi, prinsipləri, üstünlükləri və faydaları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, HACCP qida təhlükəsizliyinin idarə olunması üçün mühüm əhəmiyyət kəsb edən, qida və yem məhsullarında təhlükə amillərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və nəzarəti sistemidir. Həmin sistem qida zəncirinin bütün mərhələlərində iştirak edən müəssisələrdə asanlıqla tətbiq oluna bilər.
Təlim zamanı iştirakçılar HACCP sistemini özündə ehtiva edən beynəlxalq idarəetmə sistemləri və HACCP sistemləri ilə ISO 22000:2018 arasındakı əlaqə barədə də məlumatlandırılıb.
Təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qanunsuz heyvan kəsimi məntəqələri ilə əlaqədar tədbirlər görülüb
AZƏRTAC-ın gənc əməkdaşları Azərbaycan Gəncləri Günü münasibətilə “Müşfiq ocağı”nı ziyarət ediblər
Satışa çıxarılan mənzilləri ilk bron edənlərə sms-bildirişlərin göndərilməsinə başlanılıb
Dövlət Agentliyinin sədri ASAN könüllüləri ilə görüşüb
Qida sahəsində fəaliyyət göstərən 6 müəssisədə nöqsanlar aşkar olunub