TƏBİB-in dəstəyi ilə cərrahiyyənin aktual problemlərinə həsr olunan regional elmi-praktik konfrans keçirilib
Bakı, 21 noyabr, AZƏRTAC
Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi tərəfindən Lənkəran şəhərində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə cərrahiyyənin aktual problemlərinə həsr olunan regional elmi-praktik konfrans keçirilib.
AZƏRTAC TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, konfransda məruzə edən mərkəzin direktoru, professor Rauf Ağayev TƏBİB-in dəstəyi ilə aparılan bu tip tədbirlərin vaxtaşırı müxtəlif regionlarda əvvəllər də keçirildiyini, eləcə də artıq ənənə halı aldığını bildirib.
Konfransda mərkəzin professorları tərəfindən ürək-damar, abdominal və endokrin cərrahlığının, eyni zamanda, anesteziologiya və reanimatologiyanın aktual problemlərini əhatə edən mövzularda çıxışlar keçirilib və iştirakçıların sualları cavablandırılıb.
Keçirilən konfransda Lənkəran ilə yanaşı, Masallı, Cəlilabad, Astara, Yardımlı, Biləsuvar, İmişli rayonlarının da cərrah və anestezioloq-reanimatoloqları iştirak edib.
Eyni zamanda, konfrans çərçivəsində mərkəzin aparıcı mütəxəssisləri tərəfindən yerli həkimlərlə birgə xəstələrə konsultativ-tibbi xidmətlər göstərilib.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar