×
A
A
A
Sazlamalar

Ukraynalı rejissorun filmi Bakıda nümayiş olunacaq

Bakı, 21 noyabr, AZƏRTAC

Noyabrın 21-də “Landmark” kino klubunda XII Avropa Film Festivalı çərçivəsində “Mənim səssiz düşüncələrim” (My Thoughts Are Silent) filmi nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, 2019-cu ildə çəkilən tragikomediyanın rejissoru Antonio Lukiçdir.
Baş qəhrəman Vadimin iyirmi iki yaşı var. O, işindən bezmiş səs rejissorudur. Üç aydan sonra birdəfəlik olaraq Kanadaya yola düşəcək. Ancaq gedişdən əvvəl ona Ukraynanın Karpat dağlarında yaşayan çox nadir quşun səsini yazmaq tapşırığı verilir.
Filmin ssenari müəllifləri Valeriaa Kalçenko və Antonio Lukiçdir. Rollarda Andrey Liqadovski, İrma Vitovskaya, İrina Vereniç-Ostrovskaya və başqaları çəkilib.
Film Ukrayna dilində ingilis altyazıları ilə nümayiş olunacaq.

 

Teatr və kino 2022-11-21 15:23:00