Rəcəb Tayyib Ərdoğan: Türk milləti ilə Misir xalqının keçmişdəki birliyi bizim üçün çox önəmlidir
Ankara, 21 noyabr, AZƏRTAC
Türk milləti ilə Misir xalqının keçmişdəki birliyi bizim üçün çox önəmlidir. Niyə yenidən olmasın, niyə yenidən başlamasın? Biz buna işarə etdik. Ümid edirəm ki, nazirlərimizlə başlayan prosesi daha sonra yüksək səviyyəli danışıqlarla yaxşı bir səviyyəyə çatdıracağıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdən vətənə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında ifadə edib.
Gündəlikdə olan digər məsələlərdən, eləcə də Türkiyə Silahlı Qüvvələri tərəfindən “Pəncə-Qılınc” adı altında keçirilən xüsusi antiterror əməliyyatının səbəb və nəticələrindən bəhs edən dövlət başçısı vurğulayıb ki, lazım olduğu təqdirdə, antiterror əməliyyatları aviasiya zərbələri ilə məhdudlaşmayacaq.
Xatırladaq ki, noyabrın 20-də Qətərin Əl-Xor şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Misir Prezidenti Əbdülfəttah əs-Sisi arasında qısa görüş olub. Futbol üzrə dünya çempionatının açılışı çərçivəsində baş tutan görüş regional proseslərdə əsaslı dönüş vəd edir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Türkiyədə 5,4 bal gücündə zəlzələ baş verib
Zelenski Makron və Şultsla görüşmək üçün Parisə yola düşüb
NATO ölkələri münaqişə ərzində Ukraynaya 120 milyard dollar yardım edib
BMT rəsmilərinin Türkiyənin zəlzələ bölgəsinə səfəri gözlənilir
Norveçin “Equinor” şirkəti rekord məbləğdə illik gəlir əldə edib