Qətər Çinə rekord həcmdə maye qaz ixrac edəcək
Qahirə, 21 noyabr, AZƏRTAC
Qətərin “QatarEnergy” kompaniyası ilə Çinin Neft və Kimya Korporasiyası (Sinopec) arasında 27 il müddətinə maye təbii qaz (LNG) ixracını nəzərdə tutan saziş imzalanıb.
AZƏRTAC QNA agentliyinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Qətərin enerji naziri Saad Şeridə Əl-Kaabi məlumat verib. Onun sözlərinə görə, Şimal qaz yatağının şərq hissəsinin işlənməsi layihəsi çərçivəsində Çinə ildə 4 milyon LNG ixrac ediləcək. “Bu, maye qaz sənayesi tarixində ən uzunmüddətli qaz təchizatını nəzərdə tutan sazişdir”, -deyə nazir vurğulayıb.
Qətərin Şimal qaz yatağı layihəsi yaxın illərdə ümumi qaz hasilatının 60 faizini təşkil edəcək. Belə ki, 2027-ci ilədək bu nəhəng yataqda 126 milyon ton LNG istehsalı planlaşdırılır. Ukraynada müharibənin başlanmasından sonra Asiya ölkələri - Çin, Yaponiya və Cənubi Koreya Qətərdən LNG idxalını artırmaq istiqamətində danışıqlar aparırlar. Hazırda “QatarEnergy” Avropa İttifaqı ölkələri ilə də analoji müzakirələr aparır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Hulusi Akar: Axtarış-xilasetmə işlərinə “Bayraktar AKINCI”lar da cəlb edilib
Türkiyədə zəlzələ: həlak olanların sayı 1541 nəfərə çatıb
Papa Fransisk Türkiyədəki zəlzələ ilə bağlı başsağlığı verib
Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub
Türkiyədə zəlzələ nəticəsində 1498 nəfər həlak olub, 8 min 533 nəfər yaralanıb VİDEO