×
A
A
A
Sazlamalar

Bakıda qadın özünə xəsarət yetirəcəyi ilə bağlı taksi sürücüsünü şantaj edib

Bakı, 21 noyabr, AZƏRTAC

Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinə noyabrın 14-də Bakı şəhər sakini E.Cəfərzadənin taksi kimi idarə etdiyi “KİA” markalı avtomobilində qadın sərnişinin övladının xəstə və pula ehtiyacı olmasını bildirib və özünə xəsarət yetirərək onun üzərinə atacağı ilə hədələyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Şərur rayon sakini, əvvəllər də xuliqanlığa görə məhkum olunmuş Tünzalə Şəfiyeva müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Cəmiyyət 2022-11-21 15:01:00