Türkiyə ərazisi raket atəşinə tutulub, azı 3 nəfər ölüb
Ankara, 21 noyabr, AZƏRTAC
Suriya ərazisindən Türkiyəyə 5 raket atılıb.
AZƏRTAC xəbər verir ki, YPG/PKK terror təşkilatı üzvləri tərəfindən atılan raketlər Karkamış rayonunun ərazisinə düşüb. Nəticədə bir ev və yük maşını sıradan çıxıb.
Qaziantəp valisi Davud Gülün ilkin məlumatına görə, raket zərbələri nəticəsində azı üç nəfər ölüb, altı nəfər yaralanıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Çexiya ötən il Rusiyadan təbii qazın tədarükünü 93 faiz azaldıb
Dünyanın ən yaşlı olimpiyaçısı Feliks Sienra vəfat edib
Slovakiyada keçiriləcək növbədənkənar parlament seçkilərinin vaxtı məlum olub
BMT Ukraynadakı bütün tərəfləri atəşkəsi təşviq etməyə çağırıb
Fransada keçirilən etiraz aksiyasında ümumilikdə 2,8 milyon nəfər iştirak edib