×
A
A
A
Sazlamalar

Gəncədə Ekoloji imla təşkil olunub

Bakı, 21 noyabr, AZƏRTAC

Gəncədə ilk dəfə olaraq Ekoloji imla keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, imlada məktəblilər iştirak edib.
Aksiyanı Bakıdakı Rus Evinin əməkdaşı Anastasiya Kurbatova ilə Rusiya və sovet ali məktəblərinin məzunları assosiasiyasının sədri Üzeyir Əliyev açıblar.
İmla yazısına başlamazdan əvvəl iştirakçılara ekologiya barədə və ətraf mühitin qorunmasının vacibliyi haqda məlumat verilib.
Ekoloji imlanın təşkilatçıları qismində “Ravnopraviye” muxtar qeyri-kommersiya təşkilatı, “Angel-DetstvoXranitel” ümumrusiya ictimai hərəkatı, xaricdəki Rus evlərinin dəstəyi ilə əlavə təhsil federal mərkəzi çıxış edib.

Regionlar 2022-11-21 14:38:00