×
A
A
A
Sazlamalar

Binəqədi rayonunda əvvəl məhkum edilmiş şəxsin evindən narkotik maddə aşkarlanıb

Bakı, 21 noyabr, AZƏRTAC

Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində M.Ə.Rəsulzadə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rüstəm Rüstəmov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan 3 qrama yaxın marixuana aşkarlanıb.
Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 1 kiloqram 730 qram marixuana və 44 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Hadisə 2022-11-21 14:29:00