Böyük Britaniyanın İrandakı səfirinə 4-cü dəfə etiraz notası təqdim olunub
Tehran, 21 noyabr, AZƏRTAC
Ötən bazar günü Böyük Britaniyanın İrandakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim olunub.
AZƏRTAC xəbər verir ki, ötən həftə ərzində Böyük Britaniyanın İrandakı səfiri Saymon Şerkklif 4-cü dəfədir XİN-ə çağırılır. Noyabrın 20-də İran XİN-ə çağırılan səfirə Londonda İran səfirliyinə hücumla və bayrağa göstərilən hörmətsizliklə bağlı etiraz bildirilib.
Səfirin nəzərinə çatdırılıb ki, Böyük Britaniya İranın daxili işlərinə qarışmağa cəhd edir. Bununla yanaşı, səfirə bildirilib ki, beynəlxalq konvensiyaya əsasən Britaniya hökuməti İranın Londondakı səfirliyinin təhlükəsizliyini təmin etməlidir. Lakin polis səfirliyi hücum edib İran bayrağını təhqir edənlərə qarşı heç bir tədbir görməyib.
Səfir etiraz notasını dərhal öz hökumətinə çatdıracağını bildirib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
Polşa XİN rəhbəri Almaniya Kanslerini ölkənin daxili işlərinə qarışmaqda ittiham edib
Makron: Fransa bu ilin sonunadək Nigerdən qoşunlarını çıxaracaq
Fransa Nigerdəki səfirini və diplomatlarını geri çağırır
Ukrayna ordusunun “Taurus”dan istifadə etmək üçün təlimi təxminən üç ay çəkəcək
Almaniya Ukraynaya pilotsuz uçan aparatlar tədarük edəcəyini açıqlayıb