×
A
A
A
Sazlamalar

Bərdədə üzərində dövlət qeydiyyat nişanı olmayan avtomobil saxlanılıb

Bakı, 21 noyabr, AZƏRTAC

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən noyabrın 20-də saat 7 radələrində Bərdə rayonunun Qarağacı kəndi ərazisində üzərində dövlət qeydiyyat nişanı olmayan “VAZ-2106” markalı avtomobil saxlanılıb.
İdarədən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları sürücü, Ağcabədi rayon sakini Zülfüqar Cəfərovun sürücülük hüququnun olmaması və narkotik vasitənin təsiri altında olmasını müəyyənləşdiriblər. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 334-cü və 342-ci maddələri ilə, sərnişini olan avtomobilin sahibi K.Musayev barəsində isə İnzibati Xətalar Məcəlləsinin 335-ci maddəsi ilə (sürücülük hüququ olmayan şəxsə nəqliyyat vasitəsini verdiyi üçün) protokollar tərtib olunub.

 

Cəmiyyət 2022-11-21 13:48:00