İndoneziyada zəlzələ nəticəsində 44 nəfər həlak olub
Bakı, 21 noyabr, AZƏRTAC
İndoneziyanın Yava adasında bu gün səhər saatlarında baş vermiş zəlzələ nəticəsində 44 nəfər həlak olub, 300 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə France Presse agentliyi yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Agentliyin məlumatına görə, ölənlər Qərbi Yava əyalətinin Çiancur rayonunun sakinləridir. Hazırda 7 yaşayış binasına, o cümlədən məktəb, xəstəxana və bir neçə inzibati binaya ziyan dəydiyi məlumdur.
Baş vermiş 5,1 bal gücündə zəlzələnin episentri paytaxt Cakartadan 74 kilometr cənub-şərqdə olub. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına əsasən, zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib.
Pakistanda avtobus qəzası nəticəsində azı 41 nəfər ölüb
Çin Yaponiya vətəndaşlarına viza verilməsini bərpa edib
İsrail terror hücumlarından sonra vətəndaşların silah almasını asanlaşdırır
Kolumbiya polisi rekord miqdarda kokain müsadirə edib
ABŞ Prezidenti Co Bayden sosial mediada ən çox izlənilən dünya lideridir