×
A
A
A
Sazlamalar

MDU-da qeyri-formal məşğulluğa qarşı məlumatlandırıcı tədbir keçirilib

Bakı, 21 noyabr, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə qeyri-formal məşğulluğa qarşı məlumatlandırıcı tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, MDU tələbələrinin iştirakı ilə keçirilən tədbirdə KİM-in əməkdaşı Razim Qurbanov qeyri-formal məşğulluğun mahiyyəti və mənfi nəticələri, formal məşğuliyyətin üstünlükləri barədə ətraflı məlumat verib və sualları cavablandırıb.
Sonra tədbirdə tələbələrə qeyri-formal məşğulluğa qarşı məlumatlandırıcı bukletlər paylanılıb.

Regionlar 2022-11-21 13:27:00