İndoneziyanın F-15 qırıcıları alması üzrə sövdələşmə yekunlaşmaq üzrədir
Bakı, 21 noyabr, AZƏRTAC
ABŞ-dan F-15 qırıcılarının satın alınması ilə bağlı məsələ final mərhələsindədir və bunun üçün yalnız hökumətin təsdiqi lazımdır.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İndoneziyanın müdafiə naziri Prabovo Subianto Cakartada Pentaqonun rəhbəri Lloyd Ostinlə keçirdiyi birgə mətbuat konfransında çıxışı zamanı deyib.
“Yekun siyasi qərarı İndoneziya hökuməti verməlidir. Danışıqlar uğurla aparılıb”, - deyə Prabovo Subianto bildirib. O, həmçinin ölkə hakimiyyətinə sövdələşməni təsdiqləməyi tövsiyə etdiyini vurğulayıb.
ABŞ-ın müdafiə naziri isə öz növbəsində deyib ki, Vaşinqton İndoneziyanın müdafiə sistemlərini və imkanlarını müasirləşdirmək səylərini dəstəkləyir. Onun sözlərinə görə, Birləşmiş Ştatlar İndoneziyaya dəstəyini bundan sonra da davam etdirəcək.
Xatırladaq ki, fevral ayında ABŞ-ın Dövlət Departamenti İndoneziyaya 13,9 milyard dollar məbləğində F-15 qırıcı təyyarələri və müvafiq avadanlıqların satışını təsdiqləyib.
Pakistanda avtobus qəzası nəticəsində azı 41 nəfər ölüb
Çin Yaponiya vətəndaşlarına viza verilməsini bərpa edib
İsrail terror hücumlarından sonra vətəndaşların silah almasını asanlaşdırır
Kolumbiya polisi rekord miqdarda kokain müsadirə edib
ABŞ Prezidenti Co Bayden sosial mediada ən çox izlənilən dünya lideridir