×
A
A
A
Sazlamalar

FHN: Ötən sutka ərzində 24 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatı həyata keçirilib

Bakı, 21 noyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 24 halda yanğına çıxış və 1 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatı həyata keçirilib.
FHN-in mətbuat xidmətində AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insan həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində bir nəfər xilas edilib, yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

 

Cəmiyyət 2022-11-21 13:17:00