×
A
A
A
Sazlamalar

Naftalanda Beynəlxalq Uşaqlar Günü qeyd olunub

Gəncə, 21 noyabr, Elcan Məmmədov, AZƏRTAC

Naftalan Şəhər İcra Hakimiyyəti, Gənclərin İnkişafı və Karyera Mərkəzinin (GİKM) Naftalan nümayəndəliyin birgə təşkilatçılığı ilə Naftalanda 20 Noyabr - Beynəlxalq Uşaqlar Gününə həsr olunan “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib.
Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Afət Mustafayeva, Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin rəisi Ceyhun Əliyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Naftalan nümayəndəliyinin direktoru Əfqan Baxşəliyev, müəllimlər, valideynlər, gənclər və uşaqlar iştirak ediblər.
GİKM Naftalan nümayəndəliyindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, çıxış edənlər bu cür tədbirlərin məqsədinin uşaqlara diqqətin daha da artırılması, uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarət olduğunu diqqətə çatdırıblar. Uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.
Sonra tədbirdə çıxış edən uşaqlar hüquqlarından, onlara yaradılan şəraitdən danışaraq, tədbir iştirakçılarına suallar ünvanlayıblar. Tədbir müzakirə formasında davam edib.
Sonda videoçarx izlənilib.

 

 

Regionlar 2022-11-21 12:59:00