×
A
A
A
Sazlamalar

Qəbələdə muay-tay və uşu idman növləri üzrə turnirdə 200-dək idmançı mübarizə aparıb

Qəbələ, 21 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ Olimpiya İdman Kompleksində yeniyetmə və gənclər arasında muay-tay və uşu idman növləri üzrə “Dəmir yumruq-9” rayon açıq turniri keçirilib. Azərbaycan Muay tay-Tayboks Federasiyası və Qəbələ Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə Bakı, Gəncə, Qəbələ, Şəki, Sumqayıt, Şamaxı klublarından ümumilikdə 200-dək idmançı iştirak edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.
Bildirilib ki, turnirin açılışında Muay-tay-Tayboks Federasiyasının prezidenti Azər Həsənsoy və rayon Gənclər və idman idarəsinin rəis müavini Müşfiq Abbasov çıxış edərək, yarışın məqsəd və vəzifələri haqqında məlumat verib, respublikada idmana və idmançılara göstərilən dövlət qayğısından danışıb, yarış iştirakçılarına uğurlar arzulayıblar. Diqqətə çatdırılıb ki, turnirin keçirilməsində məqsəd Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək, yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsində bədən tərbiyəsi və idmanın rolunun artırmaq, həmçinin idmançıların idman ustalıqlarının artırılması və bu idman növləri üzrə yığma komandalara namizədlər hazırlamaqdan ibarətdir.
Turnirin yekununda müxtəlif çəki dərəcələri üzrə ilk yerləri tutan idmançılara diplom və medallar təqdim olunub.

Regionlar 2022-11-21 12:54:00