×
A
A
A
Sazlamalar

Neftçalada ictimai iaşə dövriyyəsi 15,9 faiz artıb

Neftçala, 21 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında ictimai iaşə dövriyyəsi 2021-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 15,9 faiz artaraq 3 milyon 200 min manat olub.
Neftçala Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumat görə, bu müddət ərzində hər bir rayon sakininə orta hesabla 35,7 manat iaşə xidməti göstərilib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35,2 faiz çoxdur.
Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 5,8 faiz artaraq, 22 milyon 440 min manat olub.

 

Regionlar 2022-11-21 13:12:00