ABŞ məktəblərində qadağan olunan kitabların sayı iki dəfə artıb
Bakı, 21 noyabr, AZƏRTAC
2022-ci ildə ABŞ-ın məktəb kitabxanalarından çıxarılan kitabların sayı əvvəlki illə müqayisədə iki dəfə artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Financial Times” qəzeti Amerika Kitabxanaları Assosiasiyasına istinadla məlumat yayıb. Assosiasiyanın rəhbəri Debora Kolduell-Stounun sözlərinə görə, 2022-ci ildə məktəb və universitet kitabxanalarındakı 1,6 min kitabın məzmunu ilə bağlı 800-dən çox şikayət daxil olub.
“Kitabxanalardan çıxarılan əsərlərin real sayı yəqin ki, daha çoxdur. Çünki biz vəziyyəti yalnız mətbuatda və ya sosial şəbəkələrdə yayılan məlumatlar əsasında qiymətləndiririk”, - deyə o əlavə edib.
Dünyaşöhrətli müəlliflərin digər ölkələrin təhsil müəssisələrində öyrənilən əsərlərinin bəziləri Birləşmiş Ştatların məktəblərində qadağan edilib. Kitabxanalardan, həmçinin Harriet Biçer Stounun (1811-1896) “Tom dayının koması”, Çarlz Dikkensin (1812-1870) “Oliver Tvist”, Rey Bredberinin (1920-2012) “Farenheyt üzrə 451 dərəcə”, Mark Tvenin (1835-1910) “Haklberri Finnin macəraları” kitabları çıxarılıb.
ABŞ şirkətlərinə “Huawei”yə avadanlıq ixracı üçün lisenziya vermək dayandırılıb
Fransa qırıcı pilotları hazırlamaq üçün Ukraynanın müraciətinə baxır
Donald Tramp 2024-cü il seçkiləri üçün kampaniyaya başlayır
“SpaceX”: Nigeriya “Starlink” internet şəbəkəsinə qoşulub
Bloomberg: Almaniya Rusiya enerji təchizatından asılılığı azaltmaq istəyir