Qida təhlükəsizliyi mütəxəssislərinə antikorrupsiya qanunvericiliyi və onun praktikada tətbiqi ilə əlaqədar təlim keçirilib
Bakı, 21 noyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyində və strukturuna daxil olan qurumlarda çalışan bir sıra əməkdaşlara “Antikorrupsiya qanunvericiliyi və onun praktikada tətbiqi” mövzusunda təlim keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, təlim “Konstitusiya Araşdırmalar Fondu”nun prezidenti, Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev tərəfindən aparılıb.
Qeyd edək ki, tədbir Prezidentin 2020-ci il fevralın 27-də imzaladığı Sərəncamla təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən, korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı təlimlərin keçirilməsi məqsədilə təşkil olunub.
Tovuzda qəhvəyi mərmər bağacığına qarşı kompleks mübarizə ilə əlaqədar müzakirələr aparılıb
Yasamal rayonunda marketdə saxta spirtli içkilər aşkarlanıb
Qida sahəsində fəaliyyət göstərən 19 müəssisədə nöqsanlar aşkarlanıb
Özünüməşğulluq proqramı üzrə daha 130 nəfərə aktivlər verilib