×
A
A
A
Sazlamalar

Paytaxt sakini sərxoş vəziyyətdə idarə etdiyi avtomobili maneəyə vurub

Bakı, 21 noyabr, AZƏRTAC

Noyabrın 20-də saat 5 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini X.Əsədli sərxoş vəziyyətdə idarə etdiyi “BMW” markalı avtomobili maneəyə vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəza nəticəsində sərnişini olan avtomobilin sahibi, paytaxt sakini Nurlan Mənsimli hadisə yerində ölüb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Hadisə 2022-11-21 11:42:00