×
A
A
A
Sazlamalar

Sabunçu rayonunda iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb

Bakı, 21 noyabr, AZƏRTAC

Noyabrın 19-da saat 12 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində Şərur rayon sakini N.Ələkbərovun idarə etdiyi “Hyundai” markalı yük avtomobili ilə Kəlbəcər rayon sakini Murad Rüstəmovun sürdüyü “KİA” markalı avtomobil toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəza nəticəsində M.Rüstəmov xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

Hadisə 2022-11-21 11:37:00