Nazir: Yaxın 5 ildə “ağıllı kənd” və “ağıllı şəhər”lər dünyada 2,5 trilyon dollar əlavə iqtisadi dəyər yaradacaq
Bakı, 21 noyabr, AZƏRTAC
Yaxın 5 ildə “ağıllı kənd” və “ağıllı şəhər”lərin dünyada yaradacağı əlavə iqtisadi dəyər 2,5 trilyon ABŞ dolları həcmində olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O bildirib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müvafiq qurumlarla birgə çalışaraq Dubay, Sinqapur, Berlin modellərini, təcrübəsini öyrənərək yeni konsepsiya hazırlayıb. Konsepsiya gələcəyə baxış, “Smart Azərbaycan” ideyası ilə ortaya qoyulub: “Smart Azərbaycan” dedikdə, əvvəlcə inteqrasiya olunmuş kommunal, İKT sahələri nəzərə alınıb. Bu sahələr bir-birindən ayrı təsəvvür edilə bilməz. Əgər bu sahələr inteqrasiya olunacaqsa, biz böyük həcmli məlumatlara sahib olacağıq”.
Rəşad Nəbiyev əlavə edib ki, məqsəd məlumatların dövlət qurumları ilə yanaşı özəl biznes üçün də əlçatan olmasıdır.
® “Nar” Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib
® “Samsung” yeni “Galaxy S23” Seriyasını təqdim etdi: Bu günün və sabahın premium təcrübəsi
® “Azercell” “Hədiyyəli eSİM nömrələr” kampaniyasına start verir
Azərbaycanda İKT təqaüd proqramına qeydiyyat başlayıb
“AzInTelecom” Elm və Təhsil Nazirliyi üçün informasiya təhlükəsizliyi xidmətləri həyata keçirir