×
A
A
A
Sazlamalar

Qusarda baş verən qəzada ölən və yaralanan var

Qusar, 21 noyabr, Elxan Yusifli, AZƏRTAC

Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Hil kənd sakini, 29 yaşlı Kamil Ədilxanovun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə Piral kənd sakini, 26 yaşlı Tural Hüseynovun idarə etdiyi "Hyundai Tucson" markalı avtomobil toqquşub.
Qəza zamanı ağır xəsarətlər alan "VAZ 2107"-nin sürücüsü Kamil Ədilxanov təcili yardım avtomobili ilə xəstəxanaya aparılarkən ölüb.
Digər avtomobilin sürücüsü isə Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qəzanın yüksək sürət səbəbindən baş verdiyi ehtimal edilir.
Faktla bağlı Qusar Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Regionlar 2022-11-21 11:20:00