Ölkədə ümumi inşaat işlərinin 89,2 faizini özəl tikinti müəssisələri yerinə yetirib
Bakı, 21 noyabr, AZƏRTAC
Cari ilin yanvar-oktyabr aylarında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2 milyard 572,3 milyon manatı (94,2 faizi) Birləşmiş Krallıq, ABŞ, İsveçrə, Yaponiya, Türkiyə, Norveç, Rusiya, İran, Hindistan və Fransa sərmayədarlarına məxsus olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin dövrdə tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 67 faizini tikinti, yenidənqurma və genişləndirmə, 16,7 faizini əsaslı təmir, 6,4 faizini cari təmir, 9,9 faizini isə digər tikinti işləri təşkil edib.
Ümumi inşaat işlərinin 89,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Bayram tətili günlərində paytaxt yollarında təmir işləri aparılıb
Qarabağın bərpası, yenidən qurulması istiqamətində investisiyalar böyük əhəmiyyətə malikdir
AAYDA tərəfindən son həftə ərzində görülən işlər barədə məlumat yayılıb
Tikinti-quraşdırmada istehsalçı qiymət indeksləri 101,7 faiz təşkil edib
Ümumi inşaat işlərinin 89,5 faizini qeyri-dövlət tikinti müəssisələri görüblər