×
A
A
A
Sazlamalar

Sabunçu rayonunda avtomobil qadını vuraraq öldürüb

Bakı, 21 noyabr, AZƏRTAC

Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu gün səhər saatlarında Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Amin Sahibli idarə etdiyi "Toyota Prius" markalı avtomobillə 1986-cı il təvəllüdlü Pərvanə Məmmədovanı vurub. Xəsarət alan şəxs hadisə yerində ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.

 

 

 

Hadisə 2022-11-21 11:12:00