×
A
A
A
Sazlamalar

Cəlilabad rayon sakini idarə etdiyi avtomobillə iki qardaşı vurub

Bakı, 21 noyabr, AZƏRTAC

Noyabrın 20-də gecə saatlarında Cəlilabad rayon sakini F.Əmirov idarə etdiyi "Vaz 2107" markalı avtomobillə Kazımabad kəndi ərazisində hərəkətdə olarkən Göytəpə şəhər sakinləri, Gündüz Kərimov və qardaşı O.Kərimovu vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hər iki şəxs xəstəxanaya çatdırılsa da G.Kərimov aldığı xəsarətlərdən noyabrın 21-də səhər saatlarında ölüb.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Hadisə 2022-11-21 11:04:00