Hindistanda qatar qəzaya uğrayıb, ölənlər və yaralananlar var VİDEO
Bakı, 21 noyabr, AZƏRTAC
Bazar ertəsi günü Hindistanın şərqindəki Odişa ştatında yük qatarı qəzaya uğrayıb.
AZƏRTAC “The Hindu” qəzetinə istinadla xəbər verir ki, qəza nəticəsində azı 3 nəfər ölüb, iki nəfər ağır yaralanıb.
Qəzetin yaydığı məlumata görə, insident Cacpur şəhəri yaxınlığındakı Koray dəmir yolu stansiyasında baş verib. Qatarın relsdən çıxan səkkiz vaqonu çoxlu sayda sərnişinin olduğu gözləmə salonuna çırpılıb.
Dəmir yolunun həmin hissəsində nəqliyyatın hərəkəti dayandırılıb.
Pakistanda terror qurbanlarının sayı 72-yə çatıb
ABŞ şirkətlərinə “Huawei”yə avadanlıq ixracı üçün lisenziya vermək dayandırılıb
Fransa qırıcı pilotları hazırlamaq üçün Ukraynanın müraciətinə baxır