×
A
A
A
Sazlamalar

Daha 3 rayon və 1 şəhərdə sakinlərin qaz təchizatı ilə bağlı müraciətləri dinləniləcək

Bakı, 21 noyabr, AZƏRTAC

Bu həftə (noyabrın 21-23 və 25 tarixləri) daha 1 şəhər və 3 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.
İB-dən AZƏRTAC-a bildirilib ki, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Astara rayonunda (Mədəniyyət Evi), 2-ci günü saat 13:00-dan 14:00-dək Lənkəran şəhərində (Mədəniyyət Mərkəzi), 3-cü günü saat 11:00-dan 12:00-dək Masallı rayonunda (Heydər Əliyev Mərkəzi), 5-ci günü saat 11:00-dan 12:00-dək isə Biləsuvar rayonunda (Heydər Əliyev Mərkəzi) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Regionlar 2022-11-21 10:52:00