×
A
A
A
Sazlamalar

Milli dövlətçiliyimizin qurulmasında Yeni Azərbaycan Partiyasının müstəsna xidməti var

Masallı, 21 noyabr, İlkin Adıyev, AZƏRTAC

Masallı rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP-ın) yaranmasının 30 illiyinə həsr olunan “Milli dövlətçiliyimizin qurulmasında müstəsna xidməti olan Yeni Azərbaycan Partiyası” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, YAP Masallı rayon təşkilatı və Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə təşkil olunan tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının sədr müavini Gülcahan Vəkilzadə mövzu ilə bağlı geniş məruzə edib.
Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının məsləhətçisi Eldar Kazımov Yeni Azərbaycan Partiyasının çətin şəraitdə yaradıldığını diqqətə çatdırıb. Qeyd edilib ki, öz gücünü ulu öndər Heydər Əliyev ideyalarından alan Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində böyük bir inkişaf yolu keçib və bu gün partiya Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsini yaşayır. Yenilikçi və avanqard siyasi təşkilat olan YAP nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir.
Daha sonra Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva və Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Lətifə Həsənova çıxış edərək, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətdən, 44 günlük Vətən müharibəsindən söz açıblar.

Regionlar 2022-11-21 08:11:00