Emin Hüseynov: Məqsədimiz 2026-cı ilin sonunadək Ağdam şəhərinə və ətraf kəndlərə insanların qayıtmasını təmin etməkdir
Ağdam, 20 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam şəhərinin Baş planına uyğun olaraq həm minatəmizləmə sahəsində, həm də infrastrukturun qurulması sahəsində işlər davam edir.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan, işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
Emin Hüseynov deyib: “Rayonun 23 faizi minalardan təmizlənib. Avtomobil və dəmir yolu, elektrik enerjisi kimi baza infrastruktur layihələri yekunlaşmaq üzrədir. Bəzi iqtisadi-sosial infrastruktur layihələrinə də başlanılıb. Artıq 1 nömrəli tam orta məktəbin tikintisi yekunlaşmaqdadır. Tarixi-mədəni abidələrin – Ağdam Cümə məscidinin, İmarət kompleksinin restavrasiyası davam edir. Prezident İlham Əliyevin son səfəri zamanı bir neçə layihənin təməli qoyuldu. Gələn ilin ortalarından etibarən iki yaşayış məhəlləsinin, Ağdam şəhərinin ətrafında 3 kəndin, onun ardınca daha 9 kəndin tikintisinə başlanılacaq. Bunlar hamısı bu yaxınlarda təsdiq olunmuş Dövlət Proqramının tərkib hissəsidir. Məqsədimiz odur ki, Dövlət Proqramında göstərildiyi kimi 2026-cı ilin sonunadək həm Ağdam şəhərinə, həm də onun ətraf kəndlərinə insanlarımızın qayıtmasını təmin edək”.
Gənclərin karyera və şəxsi inkişafı ilə bağlı görüş olub
Qardaş köməyi: Gəncədən Türkiyədə zəlzələdən əziyyət çəkənlərə dəstək
Kamil bir palançı olsa da insan…
Naxçıvandan Türkiyəyə ilkin olaraq 12 TIR yola düşüb
Lənkəranda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib