Cəlilabad rayonunda qadın qardaşı tərəfindən öldürülüb
Bakı, 20 noyabr, AZƏRTAC
Noyabrın 16-sı Cəlilabad Rayon Polis Şöbəsinə 1976-cı il təvəllüdlü Xalidə Əliyevanın itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, istintaqla zərərçəkmişin qardaşı 1983-cü il təvəllüdlü Famil Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xalidə Əliyevanı ağac parçası ilə vurub qəsdən öldürməsinə, daha sonra meyiti rayonun Uzuntəpə kəndi ərazisində basdırmasına əsaslı şübhələr müəyyən edilib.
Famil Əliyev şübhəli şəxs qismində saxlanılarkən dindirilmiş və göstərdiyi yerdən meyit çıxarılaraq müayinəyə təqdim olunub.
İş üzrə istintaq davam edir.
Ötən il Şəkidə 327 yeni iş yeri açılıb
Ötən il Qaxda tikinti işlərinin həcmi iki dəfəyə yaxın artıb
Siyəzəndə 27 yaşlı qadın dəm qazından boğularaq ölüb
Siyəzəndə avtomobil oğrusu saxlanılıb
Astarada qeyri-ərzaq mallarının satışında 43 faiz artım qeydə alınıb