İsmayıllıda küçəni keçən piyadanı avtomobil vurub VİDEO
İsmayıllı, 20 noyabr, AZƏRTAC
İsmayıllıda avtomobil piyadanı vurub, hadisə faciə ilə nəticələnib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölümlə nəticələnən hadisə ötən gün axşam saatlarında şəhər ərazisində baş verib. Belə ki, sürücü Arif Mirzəyev idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən piyada, 1979-cu il təvəllüdlü Mərdan Əhmədovu vurub. Nəticədə Mərdan Əhmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Zəngilan rayonunun Orta Yeməzli kəndi FOTO
Masallıda “Gənclər həftəsi” çərçivəsində idman festivalı
Tərtərdə Gənclər Günü münasibətilə tədbir - “Heydər Əliyev və Azərbaycan gəncliyi”
Sumqayıtda elektrik naqili oğurlayan şəxs saxlanılıb
Qaxda Ulu Öndərin xatirəsinə həsr olunan intellektual oyunun qalibləri müəyyənləşib