×
A
A
A
Sazlamalar

Daşkəsəndə sahibkarlar və sahibkar olmaq istəyən gənclərlə görüş keçirilib

Daşkəsən, 19 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Daşkəsən "KOB dostu" Muraz Məmmədov rayonun Qaraqullar kəndində sahibkarlar, həmçinin sahibkar olmaq istəyən gənclərlə ərazi görüşü keçirib.
Görüşdə Daşkəsən RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Aidə Nağıyeva, ərazi icra nümayəndəsinin müavini və bələdiyyə sədri iştirak ediblər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, görüşün məqsədi Daşkəsən rayonunda biznes savadlılığının artırılması, mövcud biznes imkanları və dəstək mexanizmləri barədə sahibkarların məlumatlandırılması və onların dinlənilməsidir.
Çıxış edən RİHBA-nın məsul işçisi Aidə Nağıyeva Daşkəsəndə özəl bölmənin inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verib, digər dövlət dəstəyi mexanizmləri kimi, “KOB dostu”nun da rayonda sahibkarlıq fəaliyyətinin genişlənməsinə töhfə verəcəyinə diqqət çəkib.
Daşkəsən "KOB dostu" Muraz Məmmədov təqdimatında Agentliyin çoxşaxəli fəaliyyəti, dəstək məqsədilə həyata keçirilən tədbirlər, o cümlədən “KOB dostu” mexanizmi barədə söz açıb, sahibkarları və gəncləri maraqlandıran məsələlərlə bağlı ətraflı müzakirə aparıb. Yeni biznes sahələrinin yaradılmasında, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsində, maraqlarının müdafiəsi baxımından sahibkarlara dəstək və xidmət göstərən müvafiq dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayan Muraz Məmmədov, çıxışının sonunda mövzu ilə bağlı sualları cavablandırıb.
Sonra sahibkarlar dinlənilib, müraciətləri qeydə alınıb, tövsiyələr verilib və məlumatlandırıcı bukletlər paylanıb.
Daşkəsən "KOB dostu" Muraz Məmmədov müvafiq dəstək göstərilməsi ilə bağlı müraciət edən vətəndaşların təsərrüfatlarına yerində baxış keçirib.

Regionlar 2022-11-19 22:39:00