×
A
A
A
Sazlamalar

“Naxçıvan” Universitetində üç yeni kitabın təqdimatı keçirilib

Naxçıvan, 19 noyabr, AZƏRTAC
“Naxçıvan” Universitetində “Mühasibat kursuna giriş”, “Maliyyə uçotu” dərs vəsaitlərinin və “Müəssisə vəsaitləri mühasibat uçotunda” monoqrafiyasının təqdimatı keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Naxçıvan” Universitetin rektoru Nurlana Əliyeva iqtisad elmləri doktoru Mehdi Bağırovun müəllifi olduğu kitabları maliyyə və mühasibatlıq sahəsini öyrənən tələbələr və məzunlar, gələcəkdə karyerasını bu sahədə davam etdirməyi planlaşdıran mütəxəssislər üçün mühüm mənbə kimi qiymətləndirib, müəllifi təbrik edib.
İqtisad elmləri doktorları, professorlar Teymur Abbasov və Nazim Əhmədov, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ceyhun Mahmudov çıxış edərək hər üç nəşr barədə fikirlərini bildiriblər. Diqqətə çatdırılıb ki, “Naxçıvan” Universitetinin İdarəetmə kafedrasının əməkdaşı, iqtisad elmləri doktoru Mehdi Bağırov maliyyə və mühasibatlıq sahəsində çap olunan 36 kitabın müəllifidir. Maliyyə və mühasibatlıq sahəsində fəaliyyətin beynəlxalq və ölkədaxili səviyyədə təşkilindən bəhs edən kitablar, ümumilikdə ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında iqtisadi təhsil səviyyəsinin yüksəldilməsinə yönəldilib.
Çıxış edənlər müəllifi təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Regionlar 2022-11-19 18:08:00