×
A
A
A
Sazlamalar

Azərbaycan sahibkarları İstanbulda “AYSAF-2022” sərgisinə qatılıblar

Bakı, 19 noyabr, AZƏRTAC

İstanbulda Ayaqqabı və Dəri Məmulatları Sərgisi – “AYSAF-2022” açılıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, sərgidə müvafiq sahədə məhsul və xidmətlər təklif edən Azərbaycan sahibkarları da iştirak ediblər. KOBİA-nın stendində sahibkarlarla yanaşı, Azərbaycan Gön Dəri İstehsalçıları Assosiasiyası da təmsil olunub. “AYSAF-2022” sərgisində 80-dən çox ölkədən 300-dən artıq şirkət iştirak edib.

İqtisadiyyat 2022-11-19 18:05:00