×
A
A
A
Sazlamalar

Ağdamda heyvandarlıq məhsullarının istehsalı artıb

Ağdam, 19 noyabr, AZƏRTAC

Ağdam rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Cari ilin yanvar-oktyabr aylarında da heyvandarlıq sahəsində uğurlu nəticələr əldə olunub. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb.
Ağdam rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, on ayda diri çəkidə ət istehsalı 4180,1 ton olmaqla 3,4 faiz, süd istehsalı 35 min 843,3 ton olmaqla 5,3 faiz, yumurta istehsalı 15 milyon 860 min ədəd olmaqla 3,2 faiz, yun istehsalı isə 203,4 ton olmaqla 0,3 faiz artıb.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir.
Yanvar-oktyabr aylarında 4809 baş inək və düyə süni mayalandırılıb, 2549 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb.

Kənd təsərrüfatı 2022-11-19 17:25:00