×
A
A
A
Sazlamalar

Masallıda tədbir: Azərbaycan cəsarətli və işgüzar qadınlar yurdudur

Masallı, 19 noyabr, İlkin Adıyev, AZƏRTAC

Masallı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 30 illiyi ilə bağlı “Azərbaycan cəsarətli və işgüzar qadınlar yurdudur” mövzusunda tədbir təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı və Masallı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə YAP-ın veteran və gənc fəal xanımlarının iştirakı ilə keçirilib.
Tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Tarix-Diyarşünaslıq muzeyi ərazi partiya təşkilatının sədri Əntiqə Tağıyeva mövzu ilə bağlı geniş məruzə edib.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev partiyanın yaranmasının 30 illiyi münasibətilə bütün tədbir iştirakçılarını təbrik edib. O, Azərbaycan xanımlarının yurdun, Vətənin müdafiəsi, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda apardıqları mübarizədən, hünər və vətənpərvərlik nümunələri ilə bəşər salnaməsində yaratdıqları qadın obrazından geniş danışıb.
Sonra şəhid anası Mehriban Sultanzadə, veteran YAP üzvlərindən Göyçək Ələsgərova, Nazilə Hüseynova, Lətifə Qənbərzadə, Məhbubə Şahbazova və gənc fəal Dilarə Mürşüdova çıxış edərək bu gün Azərbaycan qadınının yeni bir cəmiyyətdə qurucu, idarəedici orqanlara rəhbərlik edən zərif cinsin nümayəndələri olaraq vətəndaşlıq borclarını yerinə yetirmiş olduqlarından danışıblar.

Regionlar 2022-11-19 17:31:00