×
A
A
A
Sazlamalar

Salyanda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 29,9 faiz artıb

Salyan, 19 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Salyanda ödənişli xidmətlər və ictimai iaşə sahəsi üzrə cari ilin yanvar-sentyabr ayları ərzində əhaliyə 54 milyon 527,4 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29,9 faiz çox ödənişli xidmətlər göstərilib.
Salyan rayon Statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ümumi ödənişli xidmətin 18 milyon 26,7 min manatı yəni 33,1 faizi hüquqi şəxslər, 36 milyon 500,7 min manatı və ya 66,9 faizi hüquqi şəxs yaratmadan ödənişli xidmətlər göstərən fiziki şəxslər tərəfindən həyata keçirilib.
Əhaliyə göstərilən ödənişli xidmətlərin 9,3 faizini və ya 5 milyon 74,3 min manat məişət xidmətləri təşkil edib. Məişət xidmətlərinin 28 min manatı yəni 0,6 faizi hüquqi şəxslərin, 5 milyon 46,3 min manatı və ya 99,4 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslərin payına düşüb.
Bu ilin yanvar-sentyabr aylarında ictimai iaşə xidmətinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 66,6 faiz artaraq 4 milyon 283 min manat olub. Ümumi rayon üzrə ictimai iaşə xidmətinin həcminin hamısı hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslərin payına düşüb.

Regionlar 2022-11-19 17:00:00