×
A
A
A
Sazlamalar

Bu il Balakəndə 6,3 min tondan çox fındıq istehsal olunub

Balakən, 19 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Builki mövsümdə Balakən rayonunda fındıq bağlarından 6 min 370,7 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 58 tondan çox artıb. Hər hektar fındıq bağından orta hesabla 6 sentner məhsul götürülüb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, hazırda rayonda 10 min 544,1 hektar fındıq bağı var. Bu bağların 5 min 571 hektarı barverəndir. Ötən il rayonun fındıq bağlarından 6 min 312,5 ton məhsul tədarük olunub.
Rayonun xurma bağlarında isə məhsul yığımı davam edir. Hazırda rayonda mövcud xurma bağlarının ümumi sahəsi 764,5 hektardır. İndiyədək bağlardan 9 min 185 ton xurma yığılıb.
Qeyd edək ki, Balakən rayonu xurma istehsalına görə respublikada qabaqcıl yerlərdən birini tutur. Ötən il rayonda 15 min 680 ton xurma istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 460 ton artıb. Hər hektar xurma bağından orta hesabla 205,1 sentner məhsul götürülüb.

Kənd təsərrüfatı 2022-11-19 17:26:00